AZ

Bakıda bu sahədə çalışanların maaşı ARTIB

Bakı. Trend:

Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqıartıb.

Bu barədə Trend-ə Bakı ŞəhərStatistika İdarəsindən məlumat verilib.
2024-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıqnominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 faizartaraq 1258,9 manat təşkil edib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 1-i vəziyyətinə ümumilikdəölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1754,9 minnəfər olmuş, onlardan 878,3 min nəfəri iqtisadiyyatın dövlətsektorunda, 876,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyətgöstərmişdir.

Muzdla işləyənlərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinintəmiri, 18,2 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyəsəhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,4faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizinəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texnikifəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Seçilən
20
21
az.trend.az

10Mənbələr