AZ

"Həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir" - Simonyan

"Hesab edirəm ki, sərhədin demarkasiyası qaydasının müəyyən olunması həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir”.

 

Modern.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

 

“Bu, Ermənistan və Azərbaycan arasında ilk sənəddir və həyata keçirilməsi hər iki ölkə üçün müstəqillik və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir və biz irəliləyəcəyik”, - deyə Alen Simonyan qeyd edib.

 

Alen Simonyan jurnalistin demarkasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi ilə bağlı sualıncavab olaraq bildirib ki, burada hər şey mümkündür:

 

"Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünikdən, yaxud daha konkret olan hansısa hissədən başlamaq olardı. Bununla bağlı müzakirələrimiz var. 12 km, 50 km, 100 km. Sərhədimizin yenidən qurulması tariximizin ən mühüm məsələsidir”.

Seçilən
44
50
modern.az

10Mənbələr