AZ

Ölümcül virus qonşu ölkənin məktəb və bağçalarına çatdı

Koksaki virusu Rusiyanın Moskva və Vladimir vilayətlərində, eləcə də Krasnodar diyarında məktəb və uşaq bağçalarına çatıb.   Manset.az Baku.Ws-ə istinadən xəbər verir ki, uşaqların valideynləri infeksiyanın Türkiyədən qayıdan insanlar tərəfindən gətirilə biləcəyindən narahatdırlar. Vladimir sakinlərindən birinin sözlərinə görə, virusa yoluxmuş uşaq bağçadaya gəlib. Bundan sonra üç yaşlı uşaqların hamısı xəstələnməyə başlayıb. Nəticədə 20-dən çox uşaq bu xəstəliyə yoluxub. Onların ağızlarında xoralar, bədənlərində səpgilər yranıb. Həkimlər bunun koksaki virusu olduğunu təsdiqlədilər.

Novorossiysk sakini bildirib ki, onun qardaşı oğlu virusa MMA yarışında yoluxub. Burada bir çox uşaqların əllərində və ayaqlarında qabarcıqlar əmələ gəlib, hərarət yüksəlib. Moskvada oxşar simptomları olan xəstələr müəyyən edilib. Yerli sakin övladının hərarətinin 39 dərəcədən yuxarı olduğunu və səpgilərin dörd gün davam etdiyini bildirib.

Seçilən
39
manset.az

1Mənbələr