Almaniya Almaniya hakimiyyətinin çirkli pulların yuyulmasında ittiham etdiyi rusiyalı milyarder Əlişir Usmanovla bağlı istintaqı bağlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Nəşr qeyd edir ki, araşdırma iki il ərzində, 2022-ci ildən aparılıb.
Çirkli pulların yuyulmasından əlavə, iş adamı 555 milyon avro vergidən yayınmaqda şübhəli bilinirdi.
Bu günə qədər Almaniyanın Frankfurt-Mayn şəhərinin Baş Prokurorluğu istintaqın əsas tezislərini sübut edə bilmədiyi üçün istintaqı dayandırıb.
Usmanovun vəkilləri RBC-yə bildiriblər ki, qərar Almaniya Cinayət Prosessual Məcəlləsinin (CPC) § 153a bəndinə uyğun olaraq qəbul edilib. Usmanov isə öz növbəsində “onun ifadə etdiyi şərtlərə və istəklərə uyğun olaraq yazılı razılıq” verib və xeyriyyəçilik işlərinə könüllü töhfə vermək qərarına gəlib.
Nigar