Bakı. Trend:
Noyabrın 4-də “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) təşkilatçılığı ilə yeni qəbul edilmiş ekoloji,sosial və korporativ idarəetmə (ESG) üzrə milli standarta dairbrifinq keçirilib.
Trend-in xəbərinə görə,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinintabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Baş direktoru İlham Bayramov və KOBİA-nın İdarə Heyətisədrinin birinci müavini Natiq Həsənov ESG üzrə milli standartınməzmunu və biznes üçün faydası barədə media nümayəndələrinə ətraflıməlumat veriblər.
Qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü iləBeynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tövsiyələrinə əsasənhazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitututərəfindən qəbul olunub.
“AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə(ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı müvafiqsahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlətstandartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiqetməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək vəsosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir.
Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış standartın məqsədimüəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda vəhəyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət vəözəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəriməmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətinartırılması baxımından müsbət təsir göstərəcəkdir. Standartıntətbiqi könüllü xarakter daşıyır.
Bizneslərin ESG prinsiplərinə riayət etməsi biznes proseslərininoptimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabətqabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasınavə xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verir.İnvestorlar sərmayə ilə bağlı qərarlar verən zaman ESGprinsiplərinin tətbiq olunmasına üstünlük verirlər. Bu baxımdan,yəni standart ESG prinsiplərinin biznes proseslərində necə tətbiqedilə biləcəyi barədə biznesləri istiqamətləndirəcək və onlarahansı addımlar atmalı olduğunu göstərəcək.
Brifinqdə həmçinin, ESG prinsiplərinin Azərbaycanda tətbiqiistiqamətində görülmüş işlər barədə də məlumat verilib. Bildirilibki, ölkəmizdə ESG-nin daha geniş təşviqi, bu sahədə dövlət və özəlsektorun səylərinin birləşdirilməsi və konseptual baxışınformalaşdırılaraq həyata keçirilməsi məqsədilə 2022-ci ildə Biznesmühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporatividarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçiqrupunun tərkibində ESG üzrə altqrupu yaradılıb.
Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəlvə ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatınnümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemlifəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövrüçün Strateji Baxış sənədi formalaşdırılıb, ESG prinsiplərinintətbiqinin stimullaşdırılması və təşviqi üzrə yol xəritələri təsdiqedilib.
Bu yol xəritələri çərçivəsində ESG sahəsində ölkədə mövcudvəziyyət təhlil edilib, sorğu həyata keçirilib və beynəlxalqtəcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləriilə əlaqəli olan normativ hüquqi çərçivələr, mövcud olan və yenitətbiq edilən norma və qaydalar nəzərdən keçirilib.
Vurğulanıb ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminəhəmrəylik ili” elan edilməsi və COP29 kimi nüfuzlu tədbirinölkəmizdə keçirilməsi ərəfəsində yeni qəbul olunmuş dövlətstandartı ölkəmizdə ESG prinsiplərinin tətbiqiningenişləndirilməsinə mühüm təkan verəcəkdir.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.