AZ

Patriarx Kiril ölüm hökmünü dəstəkləyib

Rus Pravoslav Kilsəsi (RPK) törədilən cinayətə görə cəza olaraq insanın həyatına son qoymağı məqbul hesab edir, çünki "İsa Məsih ölüm hökmünü qınamayıb" və özü də onun qurbanı olub. Bu barədə Patriarx Kiril bildirib.


"Əlbəttə ki, insanın cinayətinə görə öldürülməsi ən son tədbirdir. Buna görə ideal olardı ki, insanlar elə cinayətlər törətməsinlər ki, onlara ölüm hökmü tətbiq edilsin.

 

Amma Allahın kəlamında belə bir ifadə var: 'Pis adamı öz aranızdan çıxarın' (1 Kor. 5:13). Yəni cəmiyyət üçün çox təhlükəli bir şəxs varsa və onu heç cür təcrid etmək mümkün deyilsə, onu aradan qaldırmaq lazımdır", —  RPK rəhbəri "Qəhrəmanlar Zamanı" proqramı çərçivəsində Ukraynada müharibədə iştirak etmiş keçmiş iştirakçılarla görüşdə söyləyib. 


Onun sözlərinə görə, İsa Məsihin edamından sonra müqəddəs həvarilər cinayətlərə görə ölüm cəzasını günah saymaqdan imtina etdilər. "Bir daha demək istəyirəm: kilsə qanuna uyğun həyata keçirilmiş ölüm hökmünü heç vaxt qınamayıb, amma, əlbəttə, heç vaxt onu alqışlamayıb da", — patriarx qeyd edib.


Eyni zamanda, o, hazırda Rusiyada qüvvədə olan ölüm hökmü ilə bağlı moratoriumu dəstəklədiyini vurğulayıb. "Bu moratoriumun ölkəmizdə cinayətkarlığın səviyyəsinə necə təsir edəcəyini müşahidə etmək lazımdır. Əgər cinayətkarlıq azalarsa, Allaha şükür və ölüm hökmü tətbiq edilməsin", — RPK rəhbəri əlavə edib.


Formal olaraq Rusiyada ölüm hökmü ləğv edilməyib: 1997-ci ildən ölkədə müddətsiz moratorium qüvvədədir. Bu, Avropa Şurasına üzv olmaq üçün əsas şərtlərdən biri idi. Rusiya 2022-ci ilin martında Ukraynada müharibənin başlamasından sonra təşkilatdan çıxdı. Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, hakimiyyətin "hərbi dövrdə" və ya ölkədə ağır cinayətlərin, xüsusən də qətllərin təhlükəsi çox artarsa, ölüm hökmünü geri qaytara biləcəyini qeyd edib.

 

N.Təbrizli

 



www.anews.az
Seçilən
45
50
anews.az

10Mənbələr