AZ

İspaniya kralı və baş nazirinə palçıq atanlarla qvardiya məşğul olacaq

İspaniya Baş naziri Pedro Sançes və Kral VI Filipin daşqınlardan zərər çəkmiş ərazilərə səfəri zamanı hücuma məruz qalmasını İspaniya Qvardiyası araşdıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  ölkənin daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib. 

Marlaska hücumun təşkilatlanmış şəkildə həyata keçirildiyini və şəxslərin qrup halında hərəkət etdiyini vurğulayıb. 

Qeyd edək ki, noyabrın 2-də Kral Filip, baş nazir Sançes və Valensiya muxtar cəmiyyətinin rəhbəri Karlos Mason ilə birlikdə bölgəni ziyarət edərkən Paiporta şəhərindəki yerli sakinlər tərəfindən palçıq atəşinə tutulub. Kral Filip bu insidentdən sonra daşqından zərər çəkmiş insanların qəzəbini anlamağa çağırıb.

Seçilən
75
iqtisadiyyat.az

1Mənbələr