AZ

İranlı qıza yazdığı şərh tənqid olundu

Şairə Nazilə Səfərli sosial şəbəkələrdə müzakirə yaradıb.

Belə ki, o, OLAY.az-ın instaqram səhifəsində İranda soyunaraq aksiya keçirən tələbə qızın videosuna qalmaqallı şərh yazıb. Nazilə “Belə qızı molla yox, atası öldürməlidir”, - deyə, rəy bildirib. O, daha sonra şərhini silsə də, “comment”in skrini sosial şəbəkələrdə yayılıb. Əksəriyyət tanınmış simanı bu mövqeyinə görə qınayıb.

Qeyd edək ki, ötən gün Tehranda universitetdə təhsil alan Ahoo Daryaei adlı tələbə qısnamaya və mühafizə xidməti tərəfindən fiziki şiddətə məruz qalıb. O, buna etiraz olaraq bütün paltarlarını çıxardaraq binanın qarşısında təkbaşına etiraz aksiyası keçirib.

 

Seçilən
38
olay.az

1Mənbələr