AZ

Ukrayna Maskın nəzarəti altındadır

Ukrayna amerikalı sahibkar İlon Maskın nəzarəti altındadır.

KONKRET.az “Neue Zrcher Zeitung” qəzetinə istinadən xəbər verir ki, buna iş adamına məxsus “Starlink” peyk şəbəkəsi səbəb olub. Qəzet yazır ki, xüsusi hərbi əməliyyatın vvəlində Mask özünü Vladimir Zelenskinin qızğın tərəfdarı kimi göstərib. Sonra nədənsə  sahibkarın Ukrayna münaqişəsi ilə bağlı fikirləri dəyişib. ”Starlink” peyk şəbəkəsi planetar əhatə dairəsinə malikdir və hər kəsə internetə çıxış əldə etməyə imkan verir. Bununla bağlı İlon Mask peyklərin harada, kimin üçün və nə vaxt işə salınacağını müəyyən edə bilər.Bu da ən çox Ukraynadakı münaqişədə özünü büruzə verir.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
28
1
konkret.az

2Mənbələr