AZ

AMB “PARA” BOKT və “Azinvestkedit” BOKT-un vəzifəli şəxslərini cərimə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “PARA” BOKT və “Azinvestkedit” BOKT-un vəzifəli şəxslərini cərimə edib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “PARA” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib.

AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit” Bank olmayan kredit təşkilatı MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 000 (üç min) manat məbləğində cərimə edilib.

Seçilən
47
12
apa.az

10Mənbələr