AZ

Qaçaqmalçılıqda təqsirli bilinən 3 "Duty free" işçisinin məhkəməsi başlayıb

"Duty free"nin qaçaqmalçılıqda təqsirli bilinən 3 satıcısının cinayət üşi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Səbinə Əliyeva, Kəmalə Məmmədova və Səbinə Nəsibovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslər barədində qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə məhkəmənin baxış iclası noyabrın 19-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər.

Cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Seçilən
33
4
apa.az

5Mənbələr