Bakı. Trend:
Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin vəətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyinitirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobalekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün cidditəhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlikməsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalqictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsinizəruri edir.
Trend xəbər verir ki, bufikirlər Prezident İlham Əliyevin COP29 çərçivəsində Bakıda “Dünyadinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən DiniLiderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətində yeralıb.
Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: “COPtədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu diniliderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onlarınnarahatlığını və ümumi işə töhfə vermək əzmini yüksəkqiymətləndirirəm.
Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlimdəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkanvermək imkanına malikdir. Dünya din xadimləri bu çağırışlarlamübarizədə böyük rol oynaya bilərlər”.