AZ

Yelo Bankdanbayrağımıza hörmətsizlik? - Açıqlama

Yelo Bankın baş ofisinin binası qarşısında Azərbaycan bayrağın yerdə sürünməsi görüntüsü ciddi tənqidlərə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bunu bayrağa hörmətsizlik kimi şərh ediblər. Yayılan görüntüyə münasibət öyrənmək üçün Yelo Bank ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Gülşən Həsənzadənin Teleqraf.com-a bildirdiyinə görə, bayrağın bu formaya düşməsinə külək səbəb olub:

“Hər il ənənəvi olaraq Baş ofisimizdə Vətən müharibəsinin şəhidlərini anmaq, bayrağa sevgimizi əks etdirmək, tarixi Zəfər günümüzü qeyd etmək məqsədilə Baş ofisin binası bayrağımıza bürünür. Təəssüf ki, noyabr ayı güclü küləklə başladı, səhər saatlarında bayrağın asılmış olduğu iplərdən biri qırıldı.

Saat 07:49-da külək bayrağın bir ipini qırıb, saat 07:55-də binada növbədə olan əməkdaşlarımız bayrağı dərhal düşürüblər. Beş dəqiqədən az zaman ərzində əməkdaşlarımız bayrağı binanın içərisinə aparıblar ki, iş saatı başlayan kimi bayrağı quraşdıran şirkət nümayəndələri gəlib, onu təmirə aparsınlar".

Mətbuat katibi bildirib ki, vətəndaşlara belə yanlış fikirlərin yeridilməsinə görə çox təəssüfləniblər:

"Təəssüf ki, bir neçə dəqiqəlik gözləmə ərəfəsində foto çəkilib və ictimaiyyətə yanlış şərh edilib. Korporativ Sosial Məsuliyyətli şirkət kimi Yelo Bankın fəaliyyəti hər kəsə məlumdur. Bu kimi hallardan heç kəs sığortalanmayıb, lakin əməkdaşlarımız dərhal lazımi müdaxiləni ediblər. Anlayışla qarşılayan və situasiyanı başa düşən hər kəsə minnətdarıq".


Müəllif: Şəbnəm Zahir
Seçilən
41
teleqraf.com

1Mənbələr