AZ

Ermənistan Azərbaycandan cavab gözləyir - Bu məsələ ilə bağlı

Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə respublikanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.

“Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfdən cavab gözləyirik”, - o qeyd edib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalamaq üçün bir-iki məqamın razılaşdırılmalı olduğunu bildirərək, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.

Seçilən
28
operativmm.az

1Mənbələr