AZ

Bu il AÇG və Şahdəniz-in fəaliyyətinə $3,6 mlrd xərclənib

Bu ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 1 370 mln. ABŞ dolları xərclənib.

Hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təqribən 402 mln. dollar əməliyyat məsrəfləri və 968 mln. dollar əsaslı məsrəflər xərclənilib.

Bu ilin ilk üç rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 362 mln. ABŞ dolları həcmində vəsait xərclənilib.

Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat dövründə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 mlrd. 780 mln. dollar əməliyyat xərcləri və təxminən 582 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Seçilən
46
moderator.az

1Mənbələr