AZ

Qocalmanı ləngidən qidalar...

Qocalma və cavan qalma qidalanmadan asılıdır. Elə qidalar var ki, qocalmanı sürətləndirir. 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, insan hər yaşda qidasına fikir verməlidir:

"Qocalmanın ləngiməsi üçün müəyyən sayda sadə məhsullar var. Bundan başqa insanlar öz vərdişlərini də dəyişdirməlidirlər. Hər bir şəxs səhər yeməyi yeməli, naharı təxirə salmamalı, lazımi miqdarda su içməli, doyunca yatmalıdır. Bütün həyatı boyu yüksək sürətlə hərəkət edən insanlar, bioloji nöqteyi-nəzərdən eyni yaşda yavaş yeriyənlərdən 16 yaş kiçikdirlər. Fiziki fəaliyyətin ümumi miqdarından asılı olmayaraq, tez-tez yeriyən insanların ağ qan hüceyrələrinin telomerləri adətən yavaş yeriyənlərə nisbətən nəzərəçarpacaq dərəcədə uzun olur".

Sevinc

Seçilən
23
hit.az

1Mənbələr