AZ

Rusiyanın ali müftisi: Azərbaycanın Zəfər Günü həqiqət və ədalətin təntənəsidir

Azərbaycanda noyabrın 8-də qeyd olunan Zəfər Günü həqiqət və ədalətin təntənəsidir..

“Report” xəbər verir ki, bunu Rusiyanın ali müftisi Ravil Qaynutdin bu gün Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində deyib.

"8 noyabr təkcə həqiqət və ədalətin təntənəsini, işğala son qoyulmasını, Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasını deyil, həm də dini məbədlərin bərpasını simvolizə edir", - o qeyd edib.

R.Qaynutdin Azərbaycan hökumətini və xalqını qarşıdan gələn bayram münasibətilə təbrik edib. "Uca Allahdan qardaş Azərbaycanın inkişaf etməsini və çiçəklənməsini diləyirəm", - o vurğulayıb.

Poliqon.info 

Seçilən
29
2
poliqon.info

3Mənbələr