AZ

"Şamaxinka"da taksi sürücüsünün başına oyun açdılar

Taksi sürücüsünə qarşı quldurluq etməkdə ittiham olunan 36 yaşlı Samir Məmmədovun məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Samir Nəsimi rayonunda "Şamaxinka" adlanan ərazidə mindiyi taksidə sürücüyə qarşı zorakılıq edib. Razılaşmaya görə, sürücü Rahim İsmayılov 50 manata Samiri əvvəl anasını və əşyalarını götürməsi üçün Xocasən qəsəbəsinə, oradan isə Qubaya aparmalı imiş.

Müştərinin niyyətindən xəbəri olmayan sürücü onu Xocasənə aparıb. Ünvana çatmağa az qalmış Samir onun bel nahiyəsinə küt əşya ilə basaraq cibindəki pulları verməyi tələb edib. Basqına məruz qalan sürücü canını qurtarmaq üçün üzərindəki 1 384 manatın hamısını ona verib.

Samir həbs edildikdən sonra onun əvvəllər də başqa cinayətdən məhkum edildiyi məlum olub. Belə ki, daha əvvəl 8 dəfə cinayət məsuliyyətinə cəlb edilən şəxs 9-cu dəfə ittiham edilib. S. Məmmədov eyni zamanda 12 dəfə inzibati qaydada da həbs edilibmiş.

Ötən gün hakim Əli Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, islahı mümkün olmayıb. Bu əsasla yenidən sanksiya həddində cəzalanmalıdır. Hökmə əsasən, S.Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, bu dəfə cəzasını ciddi rejimdə çəkəcək./qafqazinfo.az

Seçilən
23
15
musavat.com

10Mənbələr