AZ

“Apple” iPhone 16 satışına icazə vermək üçün İndoneziyaya 10 milyon dollar təklif edib

"Apple" şirkəti iPhone 16-nın satışının İndoneziyada bərpası üçün 10 milyon dollar sərmayə ayıracaq. Məlumatlara görə, Apple, İndoneziyada daha çox məhsul istehsalı üçün 10 milyon dollara yaxın bir sərmayə təklifi verib.

İndoneziya iPhone 16-ların satışını qadağan etdi

FED.az xəbər verir ki, bu addım İndoneziyanın iPhone 16 satışına qoyduğu qadağanı aradan qaldırmaq məqsədi daşıyır.

Şirkət, Cakarta şəhərinin cənub-şərqində yerləşən Bandunq şəhərində bir zavod qurmağı və burada aksesuar və komponentlər istehsal etməyi planlaşdırır. Bu investisiya Apple-ın yerli məhsul tələblərini ödəmək məqsədilə təklif edilən bir addımdır. Xüsusilə İndoneziya hökuməti yeni prezident Prabowo Subianto ilə xarici şirkətlərə yerli istehsalatı artırma tələblərini artırıb.

Bununla belə, İndoneziyanın sərt yanaşması digər beynəlxalq şirkətlərin də bazara daxil olmasını əngəlləyə bilər, xüsusilə də Çindən uzaqlaşmaq istəyənlər üçün.

Seçilən
26
fed.az

1Mənbələr