AZ

Putin Cənubi Qafqazdakı vəziyyətdən danışıb

Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlindən gələni etməyə davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini qəbul etdikdən sonra çıxışında deyib. 

Putin bildirib ki, Rusiya hökuməti Ermənistan-Azərbaycan arasında münasibətlərinin normallaşması, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi üçün əlindən gələni edib və edir.

“Sülh sazişi, dövlət sərhədinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işə bundan sonra da öz töhfəmizi verməyə davam edəcəyik”, - deyə Putin qeyd edib. 

Xatırladaq ki, V.Putin bu gün Kremldə Azərbaycanın Moskvaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, eləcə də 27 digər ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.

Seçilən
51
50
operativmm.az

10Mənbələr