AZ

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib

Bakı. Trend:

30 oktyabr 2024-cü il tarixində Milli Aviasiya Akademiyasının(MAA) rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin sədrliyi iləElmi şuranın 178 saylı iclası keçirilib.

Trend xəbər verir ki, iclasıaçıq elan edən rektor Arif Paşayev 2024-2025-ci tədris ilimünasibətilə kollektivi təbrik edib və Elmi şuranın işinə uğurlararzulayıb. Akademik iclasın gündəliyini iştirakçıların diqqətinəçatdırıb.

Birinci prorektor-tədris işləri üzrə prorektor Ədalət Səmədov2024-2025-ci tədris ili üçün MAA-ya tələbə qəbulunun nəticələri,növbəti 2025-2026-cı tədris ili üçün qəbul planı barədə məlumatverib.

İclasa qonaq qismində dəvət olunan “Azərkosmos”un İdarəHeyətinin sədri Saməddin Əsədov 75-ci Beynəlxalq AstronavtikaKonqresinin nəticələri barədə məlumat verib. Sürətli inkişaffonunda Azərbaycanın artıq dünya miqyasında kosmik ölkə kimitanındığını bildirib. O qeyd edib ki, ölkəmiz Cənubi Qafqazda ilkvə yeganə peyk operatoru olaraq Avropa, Mərkəzi Asiya, Afrikaregionlarındakı tərəfdaşlarla telekommunikasiya üzrə peykxidmətləri təqdim edir. S.Əsədovun sözlərinə görə, yaxın illərdəölkəmizdə ən mütərəqqi texnologiyalara sahib olan peyklərinistehsalına başlanılacaq ki, bu prosesdə azərbaycanlı gənclər fəaliştirak edəcək. İdarə Heyətinin sədri “Azərkosmos” və MAAarasındakı əməkdaşlıq və birgə layihələr barədə də danışıb.

Məruzəçi Aerokosmik cihazlar kafedrasının müəllimi ƏliağaSahibcanov TEKNOFEST 2024 Aerokosmik və Texnologiya festivalınınqalibi olan “Peyk modeli” layihəsi haqqında məlumat verib. Bildiribki, Türkiyənin Adana şəhərində keçirilən festivalda Milli AviasiyaAkademiyasının tələbələrindən ibarət “Orion” komandası Azərbaycanıuğurla təmsil edərək, ikinci yerə layiq görülüb.

Uçuş aparatlarının işlənib hazırlanması laboratoriyasınınlayihələndirmə üzrə aparıcı mühəndisi Sərxan Ağadadaşov iclasiştirakçılarının nəzərinə çatdırıb ki, laboratoriyada çalışantələbələr təyyarələrin uçan modellərinin hazırlanmasının nəzəri vəpraktiki əsaslarını, idarə edilməsini öyrənir, bu modellərləAzərbaycanı beynəlxalq yarışmalarda layiqincə təmsil edirlər.

MAA-nın Təlim Mərkəzinin baş direktoru Aqil Heydərovun TəlimMərkəzinin fəaliyyəti barədə hesabatı dinlənilib.

Elmi katib, yeni texnologiyalar üzrə prorektor Xəqani AbdullayevElmi şuranın tərkibinin və iş planının təsdiq edilməsi barədəməlumat verib. Sonda akademik Arif Paşayev beynəlxalq yarışmalardayüksək nəticələr əldə edən MAA tələbələrinə mükafatlar təqdimedib.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Seçilən
17
4
az.trend.az

5Mənbələr