AZ

"Qarabağ"ın "Budyo Qlimt"lə matçını məşhur hakim idarə edəcək - qəribə qərarlar verir

Norveçdə yerli "Budyo Qlimt" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununun hakim təyinatları bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın start fitini Luis Qodinyo səsləndirəcək. Ona Rut Teyşeyra və Pedro Almeyda kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Andre Narçiso yerinə yetirəcək. VAR-da Hüqo Migel, AVAR-da Fabio Oliveyra Melo əyləşəcəklər.

Xatırladaq ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Qeyd edək ki, Luis Qodinyo 2017-ci ildə Portuqaliya Liqa Kubokunda "Moreyrenşe" ilə oyun zamanı "Portu"nun futbolçusu Daniluya təsadüfən ona toxunduğu üçün qırmızı vərəqə verərək meydandan qovub.

Milli.Az

Seçilən
17
3
milli.az

1Mənbələr