Tehranda universitetdə soyunaraq məcburi hicablanmağa etiraz etdikdən sonra saxlanılan Ahu Dəryayi adlı tələbə psixiatriya xəstaxanasına yerləşdirilib.
Qafqazinfo” xəbər verir ki, BBC məlumat yayıb.
Bildirilib ki, tələbənin istintaq üçün polis idarəsinə aparıldığı məlum olub. Polis idarəsindən verilən məlumata görə, etirazçı tələbə psixiartiya xəstəxanasına yerləşdirilib.
Qadının keçmiş əri olduğunu iddia edən bir kişi isə onun psixoloji problemləri olduğunu deyib.
İnsan haqları müdafiəçiləri isə İranda hakimiyyət orqanlarını məcburi hicab qanunlarına etiraz olaraq universitetdə paltarını çıxardıqdan sonra saxlanılan qadını azad etməyə çağırıblar.