AZ

İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi

Hicaba etiraz etmək üçün soyunan iranlı tələbə Ahu Dəryai məcburi müalicə üçün psixiatriya xəstəxanasına göndərilib. 

Qaynarinfo xəbər verir ki, İranın elm naziri Hüseyn Simai Sərrafın sözlərinə görə, Dəryai hazırda ailəsinin dəstəyi ilə müalicə olunur.

Müstəqil mənbələrin məlumatına görə, tələbənin əvvəllər psixi problemi olmayıb. Buna baxmayaraq, onların məlumatına görə, Dəryai güclü təsir göstərən dərmanlarla müalicə olunur.

Noyabrın 3-də Tehranın İslami Azad Universitetinin tələbəsinin hicaba etiraz etmək üçün paltarını soyunaraq kampusun ətrafında gəzdiyi bildirilir. Bu yaxınlarda "Bəsic" yarımhərbi dəstəsinin üzvləri hicabını düzgün geyinmədiyinə görə bir qıza sataşdılar. Sonra onun yaylığını və paltarını cırıblar.

İranda hicabla bağlı münaqişələr və mübahisələr səbəbindən mütəmadi olaraq qalmaqallar yaranır. Ötən il hicab taxmaqdan imtina edən yerli aktrisalara filmlərdə çəkilmək rəsmən qadağan edilib.

Aydın

Seçilən
24
15
qaynarinfo.az

10Mənbələr