AZ

"Fənərbaxça"da ciddi itki

"Fənərbaxça"nın futbolçusu İrfan Can Kahveci zədələnib.

News24.az QOL.az-a istinadla xəbər verir ki, Türkiyə Superliqasının 11-ci turunda "Trabzonspor"la matçdan sonra onun əzələsində yırtıq aşkarlanıb.

Yerli mətbuatda yayılan xəbərlərə görə, 29 yaşlı yarımmüdafiəçi ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, İrfan Can Avropa Liqasının Liqa mərhələsində "AZ Alkmaar"la görüşü (7 noyabr), Superliqada isə "Sivasspor" (10 noyabr) və "Kayserispor"la ( 23 noyabr) matçları buraxacaq.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm İstanbul təmsilçisinin heyətində 15 oyuna çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib.

Seçilən
48
4
news24.az

6Mənbələr