AZ

“Dezinformasiya rəqəmsal dövrün ən böyük problemlərindən biridir”

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun Türkiyənin dezinformasiya ilə mübarizəni əsas siyasət sahəsi kimi müəyyən etdiyini söyləyib. SİA-nın məlumatına görə, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən Macarıstanın Budapeşt şəhərində "Avropada dezinformasiya ilə mübarizə: Dayanıqlı və təhlükəsiz gələcəyin inşası" mövzusunda dəyirmi masa iclası təşkil edilib.

Fəxrəddin Altun iclasda iştirakçılara video mesaj vasitəsilə müraciət edib. O, kommunikasiyanın əhəmiyyətinə diqqət çəkərək dezinformasiyanın rəqəmsal dövrün ən böyük problemlərindən biri olduğunu ifadə edib. Altun Türkiyənin dezinformasiya ilə mübarizəni əsas siyasət sahəsi kimi qəbul etdiyini və bu sahədə milli və beynəlxalq səviyyədə qəti addımlar atdığını vurğulayıb. Həmçinin rəqəmsal problemlərin həllinin beynəlxalq əməkdaşlıq tələb etdiyini qeyd edib.

Seçilən
19
2
sesqazeti.az

10Mənbələr