AZ

Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq

ABŞ-da hansı administrasiyanın olmasından asılı olmayaraq Ukraynada müharibə bitən kimi münasibətlər keyfiyyətcə yenilənəcək...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli telekanala açıqlamasında deyib.

O, müharibə bitəndən sonra Qərbin Gürcüstana təzyiqinin azalacağını deyib.

Kobaxidze müharibədən öncə Gürcüstanın Qərblə çox yaxşı münasibətlərinin olduğunu, lakin müharibədən sonra fərqli maraqların ortaya çıxdığını deyib.

Baş nazir ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə Ukraynada müharibənin daha tez başa çatacağını, Kamala Harrisin qələbəsinin isə müharibəni daha bir neçə ay uzadacağını deyib.

“Mən hər bir halda müharibənin gələn il başa çatacağını düşünürəm”, - Baş nazir deyib.

Hökumət başçısı ABŞ və Aİ ilə münasibətlərin hazırkı vəziyyətindən məmnun olmadığını, Gürcüstan hökumətinin münasibətlərin yenidən başladılması üçün əlindən gələni edəcəyini vurğulayıb.

Poliqon.info

Seçilən
32
7
poliqon.info

7Mənbələr