Danimarkanın ifrat sağçı siyasətçi Rasmus Paludan həbs olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rasmus Paludan 2022-ci ildə İsveçin Malmö şəhərində Quranı yandırmaqda və müsəlmanları təhqir etməkdə ittiham olunub.
İsveç dövlət televiziyası SVT-yə danışan Paludan qərara etiraz edəcəyini deyib: "Təbii ki, bu hökmlə razılaşa bilmərəm. Yuxarı məhkəmə istansiyasına şiakyət edəcəyəm".
Zülfiyyə Mustafayeva
MİA.AZ