AZ

ABŞ seçki günündə nüvə yüklü hipersəs sürətli raketin sınağına hazırlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ hərbçiləri seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra nüvə yüklü hipersəs sürətli raketin sınaq buraxılışını keçirməyi planlaşdırırlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" ABŞ-nin hərbi rəsmilərinə istinadla xəbər yayıb.
Mənbənin sözlərinə görə, sınaqlar əvvəlcədən planlaşdırılıb və üçüncü dünya müharibəsinin başlanması təhlükəsinin artması fonunda ABŞ-nin nüvə qüvvələrinin hazırlığını nümayiş etdirməyə yönəlib.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi keçirilir. Ağ Evdə hökmranlıq uğrunda respublikaçıların namizədi Donald Trampla demokratların namizədi Kamala Harris mübarizə aparırlar.
Seçilən
115
50
oxu.az

10Mənbələr