AZ

ABŞ-dan ƏZƏLƏ NÜMAYİŞİ: seçkilərdən dərhal sonra nüvə raketini...

ABŞ ordusu seçki məntəqələrinin bağlanmasından bir neçə saat sonra hipersəs nüvə raketini sınaqdan keçirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, söhbət "Minuteman III" qitələrarası ballistik raketindən gedir.

Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamadab qeyd edilib ki, buraxılış noyabrın 5-i Sakit okean vaxtı ilə 23:01-dən 6 noyabr 5:01-dək planlaşdırılıb.

Hərbçilərin dediyinə görə, sınaqın məqsədi, ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək və ölkənin nüvə qarşısının alınmasının öldürücülüyünə və effektivliyinə inamı təmin etməkdir. Hərbçilər buraxılışı "planlı" adlandırbılar. Deyiblər ki, sınaq seçkilərdən xeyli əvvəl planlaşdırılıb.

Seçilən
75
5
publika.az

6Mənbələr