AZ

İrəvanla münasibətləri sülh müqaviləsindən sonra tənzimləyəcəyik - Hakan Fidan

Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra tənzimlənəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

"Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra tənzimlənəcək", - deyə XİN rəhbəri “Türkiyə” qəzetinə bildirib.

Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element kimi qiymətləndirir: "Biz razılığa gəlmək üçün maksimum dəstək veririk və tərəflərin buna yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlə bağlı son qərarlar (sərhədin demarkasiyası ilə bağlı - red.) bu irəliləyişin yaxşı nümunəsidir".

Ağarza Elçinoğlu


Mənbə: unikal.az

Seçilən
34
17
unikal.az

10Mənbələr