ABŞ-də prezidentlik yarışı başa çatdığı bir vaxtda Respublikaçı Donald Trampın qələbə nitqinə hazırlaşdığı bir vaxtda Demokratların namizədi Kamala Harrisin bu axşam çıxış etməyəcəyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyi yarışında nümayəndə sayına görə rəqibi Trampdan geri qalan Harrisin kampaniya meneceri Sedrik Riçmond bildirib.
Harrisin seçki nəticələrini izlədiyi paytaxt Vaşinqtonda Hovard Universitetində qurulan platformada kürsüyə çıxan Riçmond qısa açıqlama verərək Harrisin bu axşam çıxış etməyəcəyini bildirib. Harrisi dəstəkləmək üçün kampusa gələn kütləyə müraciət edən Riçmond bildirib: "Hələ sayılacaq səslər var, nəticələri hələ açıqlanmayan ştatlar var". O, Harrisin sabah seçki nəticələri ilə bağlı açıqlama verəcəyini bildirib.
Digər tərəfdən, Amerika mətbuatında əks olunan xəbərlərə görə, seçkilərdə qalib gəlməyə bir addım daha yaxın görünən Trampın Flordiyadakı şəhərciyinə yaxın olan konqres mərkəzində zəfər nitqi söyləməyə hazırlaşdığı bildirilir. Qeyd olunub ki, Trampın komandası Respublikaçı namizədin çıxış edəcəyi konqres mərkəzinə gedib və hazırlıqlar davam edir.