AZ

"İqlim dəyişikliyi kənd təsərrüfatında məhsuldarlığı azaldır"

İqlim dəyişikliyi kənd təsərrüfatı məhsuldarlığını təhdid edir, məhsuldarlığın azalmasına, ərzaq təhlükəsizliyinin azalmasına və ərzaq qiymətlərinin artmasına səbəb olur.

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov "Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti" mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib. 

O öz çıxışında bildirib ki, "Dünya Bankı hesab edir ki, İqlim dəyişikliyi 2030-cu ilə qədər əlavə 100 milyon insanı yoxsulluğa sürükləyə bilər.

Sırf kənd təsərrüfatı məhsuldarlığına gəldikdə isə iqlim dəyişikliyi kənd təsərrüfatında məhsuldarlığı 10-25% azalda bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, artıq 3,6 milyard insan iqlim dəyişikliyinə yüksək dərəcədə həssas olan bölgələrdə yaşayır. 2030-2050-ci illər arasında qidalanma, malyariya, ishal və istilik stressi kimi iqlimlə əlaqəli amillərin hər il əlavə 250.000 ölümlə nəticələnəcəyi proqnozlaşdırılır. 2030-cu ilə qədər iqlim dəyişikliyi səbəbindən 80 milyon insanın işini itirəcəyi proqnozlaşdırılır. "

Seçilən
29
1
fed.az

2Mənbələr