AZ

Şöbə müdiri: "İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu yaradılır"

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu yaradılacaq. 

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov "Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti" mövzusunda media nümayəndələri üçün keçirilən seminarda deyib. 

Hüseyn Hüseynov öz çıxışında bildirib ki, "COP29-un fəaliyyət gündəliyindəki 14 əsas təşəbbüsdən biri, iqlim maliyyəsində mövcud boşluqları aradan qaldırmaq məqsədilə İqlim Maliyyəsi  üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. Bu fond qalıq yanacaq istehsal edən ölkələr və neft, qaz, kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdiriləcək.

Qeyd edim ki, fondun fəaliyyətə başlaması üçün 1 milyard ABŞ dolları kapital toplanması və an azı 10 donor ölkənin fondu dəstəkləməsi planlaşdırılır. COP29 çərçivəsində bu məsələnin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Seçilən
43
50
fed.az

10Mənbələr