AZ

Elariz Məmmədoğlu da ABŞ-dakı seçkilərə getdi, amma səs vermədi - Video  

Müğənni Elariz Məmmədoğlu da xanımı ilə birgə ABŞ-da keçirilən prezident seçkilərinə gedib.

Musavat.com bildirir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşdığı videoda qeyd edib.

"Günəşli bir Amerika günü. 5 noyabr 2024-cü il. Bu gün xanımımla birgə səsverməyə gedirik. Lakin mən səs verməyəcəm, çünki Amerika vətəndaşlığım yoxdur. Amma xanımım artıq Amerika vətəndaşı olduğu üçün səs verəcək. Görək, necə olur",-deyə müğənni qeyd edib.

Xatırladaq ki, illər əvvəl Elariz Məmmədoğlunun xanımı “Green card” udub. Bundan sonra müğənni ailəsi ilə birgə okeanın o tayına, Amerikaya köçüb. 

Xalidə Gəray
Musavat.com

Seçilən
22
18
musavat.com

10Mənbələr