Müğənni Elariz Məmmədoğlu da xanımı ilə birgə ABŞ-da keçirilən prezident seçkilərinə gedib.
Musavat.com bildirir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşdığı videoda qeyd edib.
"Günəşli bir Amerika günü. 5 noyabr 2024-cü il. Bu gün xanımımla birgə səsverməyə gedirik. Lakin mən səs verməyəcəm, çünki Amerika vətəndaşlığım yoxdur. Amma xanımım artıq Amerika vətəndaşı olduğu üçün səs verəcək. Görək, necə olur",-deyə müğənni qeyd edib.
Xatırladaq ki, illər əvvəl Elariz Məmmədoğlunun xanımı “Green card” udub. Bundan sonra müğənni ailəsi ilə birgə okeanın o tayına, Amerikaya köçüb.
Xalidə Gəray
Musavat.com