AZ

VAR Əliyar Ağayevi xilas etdi

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununu idarə edib.

Sportnet.az xəbər verir ki, o, Liqa mərhələsinin IV turu çərçivəsində İtaliyada “Bolonya” ilə Fransanın “Monako” klubu arasında görüşün baş hakimi olub.

36 yaşlı referi 19-cu dəqiqədə qonaqların futbolçusu Vilfrid Sinqonun vurduğu qolu qeydə alsa da, dərhal video-köməkçi hakim (VAR) sistemi epizoda müdaxilə edib. VAR monitoruna yaxınlaşan Ə.Ağayev qayda pozuntusuna görə qolu ləğv edib.

O, "Monako"nun 1:0 hesablı qələbəsi ilə başa çatan matçda beş futbolçuya sarı vərəqə göstərib. Azərbaycanlı ədalət təmsilçisi meydan sahiblərindən Nikola Moro, Covanni Fabbian, Con Lukumini, qonaq komandadan isə Lamin Kamara və Kristian Mavissanı cəzalandırıb.

Qeyd edək ki, həmin oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri isə Almaniyadan Paskal Müller və Kristian Dingert olublar.


Seçilən
25
sportnet.az

1Mənbələr