Türkiyəli nazir Yunanıstana gedəcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Yorgos İerapetritisin dəvəti ilə noyabrın 8-də Yunanıstana işgüzar səfər edəcək.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan yunan həmkarı İerapetritisin dəvəti ilə noyabrın 8-də Yunanıstana gedəcək.
Hakan Fidan səfəri zamanı yunanıstanlı həmkarı ilə görüşəcək. Gözrüş zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə olunacaq, gələn ilin əvvəlində Ankarada keçirilməsi gözlənilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) 6-cı iclasına hazırlıq, nəzərdən keçiriləcək, həmçinin danışıqlar nəticəsində tərəflər arasında Siyasi Dialoq və Müsbət Gündəlik Birgə Fəaliyyət Planı görüşlərinin tarixləri də müəyyənləşəcək.
Gülay