AZ

"Formula 1"də səkkiz ildən sonra braziliyalı pilot mübarizə aparacaq

"Formula 1" üzrə dünya çempionatında 8 ildən sonra braziliyalı pilot mübarizə aparacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, "Zauber" komandası "Formula 3" çempionu Qabriel Bortoletonu heyətinə qatdığını açıqlayıb.

20 yaşlı sürücü 2025-ci ildə komandaya qoşulacaq. O, 2017-ci ildə karyerasını başa vuran Felipe Massadan sonra "Formula 1"də ilk braziliyalı olacaq.

Qeyd edək ki, "Zauber" cari ilin sonunda Valtteri Bottas və Çjou Quanyu ilə vidalaşacağını açıqlayıb. Hazırda "Haas"da çıxış edən Niko Hulkenberq yeni mövsümdə komandada yer alacaq.

Seçilən
20
7
bakivaxti.az

8Mənbələr