AZ

"Tesla" smartfon istehsal edəcək? - Maskdan açıqlama

 "Cib telefonlarının istehsalı bizim etmək istədiyimiz iş deyil". 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu "Tesla" şirkətinin smartfon hazırlaması ilə bağlı şayiələrə münasibət bildirən amerikalı iş adamı İlon Mask deyib.

Maskın sözlərinə görə, "Apple" və ya "Android"un işlərini zəif yerinə yetirməyə başladığı anlayışı olarsa, korporasiya smartfon istehsalına başlaya bilər:

""Tesla" mürəkkəb əməliyyat sistemlərinin yaradılması təcrübəsinə və smartfonların istehsalına başlamaq imkanına malikdir. Həqiqətən də "Android" smartfonları və "iPhone"lara alternativin yaradılmasına ehtiyac var, lakin "Tesla" çox zərurət olmadıqca bunu etməyəcək. "Tesla" smartfonlarla məşğul olmaq istəmir". 

Gülşən Şərif

Seçilən
11
bakivaxti.az

1Mənbələr