AZ

Samirə kişilərin gücsüzlüyündən gileyləndi: "Qadınların enerjisi daşır, gücünü alan yoxdur"

"Hər şey dəyişib. Qadınlar bu dəqiqə "Cütcü" oynayır, kişilər "Ceyranım"ı oynayırlar".

Qlobal.net xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı qonaq olduğu Ülvira Qarayevanın "AStar" verilişində deyib.

Samirə kişilərin əvvəlki enerjisinin qalmadığından giley-güzar edib:

"Allaha and olsun kişilərin əvvəlki ruhu qalmayıb. Kişilər - yazıqlar gücdən düşüblər hərtərəfli. Çünki kişilərdə əvvəlki güc qalmayıb. Kişi yazıq bilmir bütün günü getsin pul dərdi çəksin, bilmir ev dərdi çəksin, bilmir ailə-uşaq dərdi çəksin. Kişi toya gələndə ancaq elə "Ceyranım, ay Ceyranım"ı oynayırlar yavaş-yavaş. Arvad da durur ayağa "Cütcü" e..., dağıdır aləmi. Enerji daşır axı, gücünü alan yoxdur. 

Mən istəyirəm Azərbaycan kişisi kişi olsun. Sözün əsl mənasında, böyük hərflərlə. Kişi kişi mahnısı oynasın da. Kişi gəlib "İran təranələri" oynayar?! Yaxşı, ağır hava istəyirsə "Qoçu Əli" oynasın, "Uzun dərə" oynasın. Gərək elə "Ceyranım", ya da elə "İran təranələri" oynasın?! Bunu bizim kişilərimizə mən yaraşdırmıram. Mən istəyirəm bizim kişilərimiz kişi kimi olsun, istəmirəm kimlərəsə bənzəsinlər.

Mən kişilərimizi həmişə böyük görmüşəm. Bizim atalarımız heç bizim toyumuzda oynamayıb". (milli.az)

Seçilən
26
qlobal.net

1Mənbələr