AZ

Motta “Lill” ilə heç-heçədən razı qalıb

“Yuventus”un baş məşqçisi Tyaqo Motta UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Lill”ə səfər oyununu şərh edib.

Arena.az xatırladır ki, “qoca sinyora” səfərdə “itlər”in ağzından penaltidən vurduğu qolla canını qurtararaq, oyunu 1:1 hesablı heç-heçə ilə başa vurub və sonda 1 xala şükür edib:

“Biz fərqli nəticə əldə etməyə çalışdıq, amma səmərəmizdən razıyam. Əlbəttə, yaxşılaşdırıla biləcəyimiz xüsuslar var, amma ümumilikdə hər şey yaxşıdır. Hücumun təkcə 20 metlik hissəsində daha yaxşı çıxış edə bilərdik, baxmayaraq ki, ikinci hissədə bu istiqamətdə də irəliləyiş gördüm. Biz hazırda çox inamlı olan komandaya qarşı oynadıq və bu, meydanda da özünü göstərdi”, – deyə Motta matçdan sonra baş tutan mətbuat konfransında bildirib.

4 turdan sonra “Yuventus” 7 xalla UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 10-cu pillədədir. “Lill” isə 7 xalla 12-ci sıradadır.

Seçilən
17
arena.az

1Mənbələr