AZ

Əli Əsədov və Zuhair Əlharti dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsini müzakirə etdilər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-daBeynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin(KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda”şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinindünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmətetdiyi diqqətə çatdırılıb.

Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə,həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqunmöhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədəsöhbət açılıb.

Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədəməlumat verib.

Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlifsahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Seçilən
19
21
az.trend.az

10Mənbələr