AZ

Elektromobil istehsalının artması gümüşü bahalaşdırır 

Bu il dünya birjalarında qızıl 35 faiz bahalaşıb. Birləşmiş Ştatlarda prezident seçkilərində Donald Trampın irəliləməsi cüzi ucuzlaşmaya səbəb olub. Lakin ekspertlər bunu nisbi hal kimi qeyd edirlər. Tarix boyu qızılla paralel addımlayan gümüşün də qiymətində ləng artım baş verir. İqtisadçılar gələn il gümüş qiymətlərində ciddi artım proqnozlaşdırırlar. Bəs bu proqnoz nəyə əsaslanır?   

Avtosfer.az xəbər verir ki, İkinci dünya müharibəsindən sonra pul istehsalında gümüşdən istifadə azaldığından bu metalın qiymətində ucuzlaşma müşahidə olundu. Artıq tarixi dövr başa çatmışdı. 4 min il müddətində əsas sikkə metalı olan gümüş yerini artıq daha ucuz və möhkəm ərintilərə vermişdi.   
İndi isə vəziyyət yenidən dəyişir. Elektromobilə keçid gümüşə tələbatı artırır. Əgər bir klassik avtomobildə maksimum 20 qram qiymətli metal istifadə edilirsə, elektromobildə bu göstərici 50 qramdır.
Baş ofisi Vaşinqtonda yerləşən Gümüş İnstitutunun proqnozuna görə, ekoloji təmiz texnologiyaların hazırlanmasında gümüşsüz keçinmək mümkün deyil. 2023-cü ildə dünya üzrə hasil edilmiş gümüşün 10%-i günəş batareyaları və külək generatorlarının istehsalına sərf olunub. Doğurur, bu texnologiyalarda gümüşdən istifadə tədricən azalır. 
Lakin elektromobildə vəziyyət fərqlidir. İnstitutun proqnozuna görə, 2025-ci ildə elektromobil sektorunda gümüşdən istifadə 2021-ci illə müqayisədə 60% artacaq. Gələn il bu sektorda 88 milyon unsiya, başqa sözlə 2737 ton gümüş istifadə edilməsi gözlənilir. Digər tərəfdən, gümüş qiymət və təbiətdə tapılma baxımından daha əlçatan olduğu üçün avtomobil sənayesində heç kim onu əvəzləməyi, alternativ tapmağı düşünmür. Buna görə də ekspertlər gümüşün bahalaşmasını labüd sayırlar.
Bu gün birjada gümüşün 1 unsiyası təxminən 33 dollardır. Doğörudur, bu il metalın qiymətində artım nisbi xarakter daşıyıb. Lakin ekspertlər gələn il bu cür olmayacağına əmindirlər. onların fikrincə, 2025-ci ilin sonunda gümüşün bir unsiyası 38 dollar olacaq.

Qeyd: 1 unsiya = 31,1 qram

Vüqar

Seçilən
29
avtosfer.az

1Mənbələr