AZ

Serbiyada iğtişaşlar zamanı 9 nəfər həbs edilib

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında baş verən qəzaya görə ötən gün keçirilən etiraz aksiyasında saxlanılanlar olub.

Bakıvaxtı.az xəbər verir ki, polis etiraz aksiyası zamanı zorakı davranışa və iğtişaşlara görə 9 nəfəri həbs edib.

Prokurorluğun məlumatına görə, 6 nəfər zorakı davranışa, digərləri isə dövlət əmlakına ziyan vurma, polis əməkdaşlarına hücumda və təhlükə törətməkdə şübhəli bilinir.

Qeyd edək ki, aksiya zamanı şəhər meriyasının binasına daş atılıb, pəncərələri sındırılıb. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub.

Xatırladaq ki, noyabrın 1-də dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər həlak olub və 3 nəfər ağır yaralanıb. Noyabrın 2-si Serbiyada milli matəm elan olunmuşdu.

Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.

Seçilən
24
2
bakivaxti.az

3Mənbələr