AZ

Rafinya Lamin Yamala bahalı hədiyyə verdi

“Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya “blauqrana”dakı komanda yoldaşı, ispaniyalı həmkarı Lamin Yamalı sevindirib.

Arena.az məluat verir ki, Rafinya Yamalın 21 yaşa qədər ən yaxşı futbolçuya təqdim edilən, 2024-cü ilin yekunlarına əsasən “Kopa Mükafatı”nı qazanması münasibətilə, 17 yaşlı yeniyetmə futbolçuya qızıl “iPhone” telefonu bağışlayıb.

Cihazın arxa örtüyü üzərində Lamin Yamaılın adı və soyadı, komandakı nömrəsi və “Barslona”nın loqosu əks edilib.

Yamal hədiyyəni görüncə, mütəəssir olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 15 oyuna 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 66 oyun, 13 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
arena.az

1Mənbələr