AZ

"Apple"dan investorlara xəbərdarlıq: "Yeni məhsulları iPhone qədər gəlirli olmaya bilər"

Apple investorlara xəbərdarlıq edib ki, indiki və gələcək məhsulları heç vaxt iPhone qədər gəlirli olmayacaq. Bu açıqlama, şirkətin süni intellekt və virtual reallıq eynəkləri kimi yeni texnologiyalara yönəlməsi fonunda verilib.

Valyuta.az "TechCrunch"a istinadən xəbər verir ki, "Apple" bu xəbərdarlığı ilk dəfə “Financial Times” tərəfindən yayımlanan illik hesabatının “biznes riskləri” bölməsinə əlavə edib.

Hesabatda yazılır: “Yeni məhsullar, xidmətlər və texnologiyalar mövcud təklifləri əvəz edə və ya üstələyə bilər və daha aşağı gəlir və mənfəət marjı ilə nəticələnə bilər ki, bu da şirkətin biznesinə, əməliyyat nəticələrinə və maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər.”

Şirkət, Google və Meta kimi rəqiblərlə rəqabət aparmaq üçün süni intellekt funksiyalarını məhsullarına daxil etmək üzərində işləyir. Apple ötən həftə ilk “Apple Intelligence” funksiyalarını istifadəyə verib və yaxın aylarda ChatGPT inteqrasiyası kimi əlavə funksiyaların təqdim ediləcəyini vəd edib.

Apple-ın “Vision Pro” eynəyinə gəldikdə isə cihazın 3,499 dollar dəyərində olması səbəbindən satışlarının məhdud olacağı ehtimal edilir.

Rəhim

Seçilən
21
valyuta.az

1Mənbələr