AZ

Makron Trampla 25 dəqiqə danışdı, razılaşdı

Makron

Fransa Prezidenti Emmanuel Makron ABŞ prezident seçkilərində qalib gələn Donald Trampla telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.

"Onlar sülhün və sabitliyin bərpası naminə əməkdaşlıq etmək barədə razılığa gəliblər", - məlumatda bildirilib.

Məlumata görə, söhbət təxminən 25 dəqiqə davam edib. Makron Avropanın rolunun vacibliyini vurğulayıb və Trampa vəzifəyə başladıqdan sonra, xüsusən də Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün işləməyə hazır olduğunu bildirib.

Seçilən
28
16
xalqcebhesi.az

10Mənbələr