Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd M.XanAzərbaycanın İƏT yanında daimi nümayəndəsi, səfir Əli Əlizadə iləgörüşüb.
Bu barədə Trend İƏT-ə istinadən məlumat verib.
Azərbaycanın Katibliyə dəstəyini və İƏT gündəliyinin təşviqindəfəal rolunu yüksək qiymətləndirərək, təşkilatın baş katibi səfirƏli Əlizadəni Nyu-York, Aşqabad və Daşkənddə üzv dövlətlərinnazirləri ilə keçirdiyi son görüşlər barədə məlumatlandırıb.
Görüşdə həmçinin İƏT-in COP29-da iştirakı, eləcə də tədbirçərçivəsində İƏT-in təşkil etdiyi tədbirlər, o cümlədən Dairəviİqtisadiyyat üzrə Nazirlər Toplantısı, İƏT Nazirlərinin Ətraf Mühitüzrə Görüşü və İƏT Təmiz Enerji Mərkəzinin açılış mərasimi müzakirəedilib.