"Beşiktaş"Avropa Liqasında qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Malmö"yə 2:1 hesabı ilə qalib gəlib.
"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.
İkinci turda Bakıda “Qarabağ”a 2:1 hesabıyla qalib gəlmiş İsveç klubunun
yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.
IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.